"O ərazidə zibil qutusu olmur, zibillər evlərdən götürülür" — YENİLƏNİB

SOSİAL 04 sentyabr 2025, 16:40
"Qanunla kanalın kənarı mühafizə zolağıdır, orada zibil qutusu qoymaq, zibil atmaq olmaz. Kanala da atırdılar zibil. Dəfələrlə mən bu məsələni qaldırmışam".

Bunu Demokrat.az-a açıqlamasında Binəqədi bələdiyyə sədri Mürsəl Eminov deyib. O bildirib ki, sözügedən ərazidə əvvəl də zibil qutuları olmayıb:

"İki aydır təcrübə üçün qoyulmuşdu. Bələdiyyələr məişət tullantıları ilə məşğul deyil. Sözügedən ərazidə zibillərin daşınması ilə "Bəyaz MMC" adlı şirkət məşğuldur. Qəsəbələrdə zibillər evlərdən maşınla daşınır, kim istəyir zəng edir, gəlib qapıdan zibilini hər səhər götürürlər. Dəniz kənarında insanlar daimi yaşamır, orada qutu olsa, yoldan keçənlər hara gəldi atacaq zibili. O ərazidə yaşayan kim istəyirsə əlaqə saxlasın, hər gün gəlib qapısından götürsünlər".

xxx

Xəbər verdiyimiz kimi, Görədil-Novxanı yolunda, kanalın kənarında aylardır zibillər yığılmadığı üçün acınacaqlı vəziyyət hökm sürürdü.

Demokrat.az
məsələni işıqlandırdıqdan bir neçə saat sonra Binəqədi rayon İcra Hakimiyyəti müvafiq addımlar atıb, ərazi zibillikdən təmizlənib.

Lakin qəribədir ki, şikayət edən şakinləri cəzalandırmaq məqsədi ilə  həmin ərazidəki zibil qutularını da özləri ilə aparıblar. 

Yüzlərlə evin yerləşdiyi ərazidə cəmi 4 zibil qutusu olduğu halda, bu cür addım nə məqsəd daşıyır?

Üstəlik zibil qutularını götürdükdən sonra əraziyə zibil atmağın qadağan olduğunu bildirən lövhə qoyulub. 

Maraqlıdır, bəs həmin vaxta qədər niyə əraziyə zibil qutuları qoyulmuşdu?

Məsələ diqqətimizdə saxlanılacaq. 

Ərazidən görüntüləri təqdim edirik:




Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 17:49
04 sentyabr 2025, 17:22
04 sentyabr 2025, 16:59
04 sentyabr 2025, 16:30
Top