“Qarabağ”ın oyununun bilet qiymətləri açıqlandı

İDMAN 04 sentyabr 2025, 15:58
UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Benfika" - "Qarabağ" oyunu üçün bilet qiymətləri müəyyənləşib.

Demokrat.az Trend-ə istinadən bildirir ki,  bu barədə Portuqaliya klubunun mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, biletlər 40-60 avro aralığında satışa çıxarılacaq. Satış prosesi sentyabrın 5-dən başlanacaq, lakin VIP sektorların qiyməti hələ açıqlanmayıb.

Xatırladaq ki, görüş sentyabrın 16-da Portuqaliyada baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşma qrup mərhələsinin ilk turu olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 17:49
04 sentyabr 2025, 17:22
04 sentyabr 2025, 16:59
04 sentyabr 2025, 16:30
Top