Dostu Neymarı milyarder etdi

İDMAN 04 sentyabr 2025, 16:59
Braziliyalı iş adamı təxminən bir milyard dollar dəyərində sərvətini Neymara bağışlayıb.

Demokrat.az xəbər verir ki, adı açıqlanmayan Braziliyada tanınmış iş adamı təxminən 1 milyard dollar dəyərində olan sərvətini məşhur futbolçu Neymara vəsiyyət edib.

İş adamının vəfatından sonra məlum olan bu miras qərarı idman və iş dünyasında geniş rezonans doğurub.

Neymarla braziliyalı iş adamı arasındakı uzunmüddətli dostluq və iş əlaqələrinin bu qərarın əsas səbəblərindən biri olduğu bildirilir. Təfərrüat hələlik tam bəlli deyil.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 17:49
04 sentyabr 2025, 17:22
04 sentyabr 2025, 16:59
04 sentyabr 2025, 16:30
Top