Toylarla bağlı inzibati qərarlar olmalıdır — Deputat

GÜNDƏM 04 sentyabr 2025, 16:41
Toylarla bağlı problemlər inzibati qərarlarla həll edilməlidir.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, hələki bu məsələ ilə bağlı bir dönüş yaratmaq çətindir:



“Mənə elə gəlir ki, toylar məsələsini inzibati qaydada həll etmək lazımdır. Çünki bunun arxa planında böyük, maraqlı qüvvələr durur. Həqiqətən də bu, çox böyük bir israfçılıqdır, böyük bir xərcdir. Ona görə bu məsələlər cəmiyyəti narahat edir. Amma cəmiyyət özü də kənd-kənd, rayon-rayon bu problemin həllinə dəstək verməlidir. Dəstək verməsə, yuxarından verilən qərarların da işləkliyi olmayacaq.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 17:49
04 sentyabr 2025, 17:22
04 sentyabr 2025, 16:59
04 sentyabr 2025, 16:30
Top