YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

İşsizlərə şad xəbər: yeni imkanlar — Açıqlama

İşsizlərə şad xəbər: yeni imkanlar — Açıqlama

Dövlət sektorunda aparılan struktur dəyişiklikləri və idarəetmənin optimallaşdırılması işçi qüvvəsinin bir hissəsinin özəl sektora yönəlməsi məsələsini gündəmə gətirir.

Bəs dövlət sektorundan ayrılan şəxslərin özəl sektorda iş tapması nə dərəcədə realdır? Özəl sektor bu qədər işçi qüvvəsini qəbul etməyə hazırdırmı? İşsizliyin artmaması üçün dövlət və özəl sektor hansı addımları atmalıdır?

Demokrat.az-a bu barədə danışan Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, dövlət sektorunda çalışmış və vəzifəsini tərk etmiş, eləcə də əmək pensiyasına çıxmış şəxslərin bir qismi fəaliyyətlərini özəl sektorda davam etdirirlər.

İşsizlərə şad xəbər: yeni imkanlar — Açıqlama

Onun sözlərinə görə, dövlət sektorunda uzun illər təcrübə qazanmış mütəxəssislərə özəl şirkətlərdə də ehtiyac var:

"Məsələn, vergi orqanlarında, maliyyə sistemində və idarəetmə sahəsində çalışmış şəxslər kommersiya qurumları üçün maraqlı namizədlər hesab olunurlar. Adətən belə şəxslər dövlət vəzifəsində olduqları müddətdə özəl sektora keçməyə meyilli olmurlar. Lakin vəzifədən ayrıldıqdan və ya pensiya yaşına çatdıqdan sonra özəl sektorda iş axtarmağa başlayırlar. Bu tendensiya yalnız rəhbər vəzifələrdə çalışmış şəxslərə aid deyil. Həkimlər, müəllimlər və digər sahələrin mütəxəssisləri də dövlət müəssisələrindəki fəaliyyətləri ilə yanaşı, özəl sektorda işləyə bilirlər. Məsələn, dövlət xəstəxanasında çalışan həkim əmək pensiyasına çıxdıqdan sonra özəl klinikada fəaliyyətini davam etdirə bilər. Təbii ki, hər kəs iş tapa bilmir. Ancaq peşəkar və təcrübəli mütəxəssislər, bir qayda olaraq, əmək bazarında özlərinə yer tapırlar. Onlara özəl sektorda da ciddi tələbat var".