İcra başçısının birinci müavini İŞDƏN ÇIXARILDI

SİYASƏT 04 sentyabr 2025, 16:34
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən ayrılıb.

Demokrat.az banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Vaqif Həsənovun əmri ilə Allahverən İdris oğlu Əliyev vəzifəsindən azad edilib.

A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytar həkimdir. O, 1996-cı ildən YAP üzvü idi.

Onun yeri hazırda vakantdır. RİH başçısının digər müavini isə Xəqani Salman oğlu Nəzərovdur.

Qeyd edək ki, V.Həsənov Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 17:49
04 sentyabr 2025, 17:22
04 sentyabr 2025, 16:59
04 sentyabr 2025, 16:30
Top