Deputat: “Azərbaycan Çin üçün çox maraqlı və cəlbedici ölkədir”
“Azərbaycan və Çin arasında imzalanmış sənədlər, xüsusilə də qarşılıqlı viza prosedurlarının sadələşdirilməsi və vizasız rejimin tətbiqi, iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün ciddi imkanlar açır. Bu qərarlar ilk növbədə turizm və ticarət sahələrində öz real nəticələrini verməyə başlayıb”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, 2024-cü ilin ilk yarısında Çindən Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə iki dəfəyə yaxın artaraq 45 min nəfərə çatıb:
“Bu da vizasız rejimin nə qədər effektiv olduğunu göstərən bariz nümunədir. Ticarət sahəsində də tərəfdaşlıq yüksələn xətlə inkişaf edir. 2024-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 27% artaraq 3,5 milyard ABŞ dollarına çatıb. Çin artıq Azərbaycanın dördüncü ən böyük xarici ticarət tərəfdaşıdır və bu rəqəmlər ildən-ilə artır. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçısıdır. Ölkəmizin ərazisindən keçən Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları Çin mallarının beynəlxalq bazarlara çıxarılmasında mühüm rol oynayır”.
Deputat qeyd edib ki, bu dəhlizlərin yükdaşıma potensialı hər il artır və regional logistika üçün yeni imkanlar yaradır:
“Alternativ enerji sahəsində də əməkdaşlıq genişlənməkdədir. Çin şirkətləri ilə bu sahədə imzalanmış razılaşmalar, qarşılıqlı maraq və investisiyaların artması, enerji sektorunda da iki ölkə arasında möhkəm əməkdaşlıq platformasının qurulmasından xəbər verir.
Azərbaycan–Çin münasibətləri həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə ardıcıl olaraq inkişaf edir. Prezident İlham Əliyevin sonuncu Çinə səfəri bu əlaqələrin strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqləyir və yaxın illərdə əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını göstərir”.
Leyla Turan
Demokrat.az