Hindistanın anti-Azərbaycan ittifaqı formalaşdırmaq istəyinin arxasında nə dayanır? — AÇIQLAMA

XARİCİ SİYASƏT 03 sentyabr 2025, 14:30
"Hindistan Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyib. Ermənistan–Azərbaycan münasibətlərinin inkişafına əngəl törətməyə çalışan dövlətlərdən biri də məhz Hindistandır. Hindistan Ermənistanı silahlandırmaqla bölgədə sülhün bərqərar olmasının qarşısını almağa, qeyri-stabil vəziyyətin davam etməsinə çalışır". 

Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, bildirib ki, Hindistan bununla həm öz geosiyasi maraqlarını təmin etmək, həm də Azərbaycana qarşı dostluqdan uzaq, anti-Azərbaycan ittifaqı formalaşdırmaq istəyir:

"Azərbaycanın qardaş Pakistanla yaxın münasibətləri də Hindistanı qıcıqlandırır. Çünki Hindistan Pakistana düşmən mövqedə dayanır və bu səbəbdən Azərbaycana qarşı da mənfi mövqe ortaya qoymağa çalışır".

Onun sözlərinə görə, Azərbaycan bir sıra beynəlxalq platformalarda təmsil olunur və güvənilir tərəfdaşdır:

"Dünyada Azərbaycana ciddi maraq mövcuddur. Buna görə də bir çox beynəlxalq qurumlar perspektivli ölkə kimi Azərbaycanla əməkdaşlığı genişləndirmək barədə düşünürlər. Azərbaycanın iqtisadi imkanlarının artırılması və müxtəlif istiqamətlərdə fəaliyyət göstərməsi üçün geniş perspektivlər mövcuddur.
Bu baxımdan Hindistanın Azərbaycana qarşı mövqeyi Azərbaycan–Pakistan münasibətlərinə heç bir təsir edə bilməz. Əksinə, Azərbaycan Pakistanla hərbi, iqtisadi, siyasi və mədəni əlaqələrini daha da gücləndirəcək. Ona görə də düşünürəm ki, Hindistanın bu addımı Azərbaycana təsir göstərə bilməyəcək".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top