İlham Əliyev: “Son iki il ərzində Çinlə əlaqələrimiz yeni mərhələyə yüksəlib”

XARİCİ SİYASƏT 01 sentyabr 2025, 15:06
“Azərbaycan və Çin arasında isti, dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur”.

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tyanjin şəhərində keçirilən “ŞƏT plus” formatında görüşdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu münasibətlərin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”.

Dövlət başçısı bu il iki ölkə arasında strateji tərəfdaşlığın qurulması barədə birgə bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdığını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top