"Yolların təmiri əsasən iki istiqamətdə aparılır: əsaslı təmir və cari təmir. Əsaslı təmirdə infrastruktur bütövlükdə nəzərə alınır, ərazi və büdcə əvvəlcədən müəyyən edilir, işlərə dövlət qurumları nəzarət edir. Bu, keyfiyyətin təmin olunmasına şərait yaradır. Cari təmir isə daha məhdud xarakter daşıyır və adətən yalnız mövcud çatışmazlıqların aradan qaldırılması ilə məhdudlaşır, nəzarət mexanizmi isə zəif ola bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, digər vacib amil ərazinin relyefidir:
"Sürüşmə zonaları, dağ yamacları, bataqlıq və göl kənarlarında sadəcə asfaltlama kifayət etmirBelə yerlərdə istinad divarları, svaylar, bəndlər və digər mühəndis qurğuları inşa olunmalıdır. Bu tədbirlər görülmədikdə yol tez sıradan çıxır, çökmə və uçqunlar yaranır.
Yəni yol təmiri yalnız asfaltlama ilə məhdudlaşmamalıdır. Maliyyə, resurs və texniki parametrlər kompleks şəkildə nəzərə alınmalı, uzunmüddətli dayanıqlıq təmin edilməlidir".
Qeyd edək ki, Ağsuda yeni çəkilmiş yol 2 gün sonra çöküb.
Əfsanə Kamal
Demokrat.az