“Bağçalarda baş verən xoşagəlməz hallara cəmiyyətin və dövlət qurumlarının reaksiyası göstərir ki, bu gün hər yerdə bir ictimai nəzarət mövcuddur. Hər kəs qaydalara ciddi riayət edilməsini istəyir. Ona görə də, insanlarla işləyən kollektivlər öz işlərində daha məsuliyyətli olmalıdırlar”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, bir müəssisədə baş verən hadisəni bütün bağçalara aid etmək doğru deyil:
“Azərbaycanda 2 minə yaxın bağça var. Hansısa bağçada qayda pozuntularını əks etdirən görüntülər çıxırsa, bunu bütün uşaq bağçalarına aid etmək olmaz. Öz işinə ciddi yanaşan, uşaqların tərbiyəsi ilə məşğul olan, onların yeməyinə, sağlamlığına fikir verən pedaqoji kollektivlər kifayət qədər çoxdur”.
Xatırladaq ki, Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında çəkilən görüntülərdə uşaqlara səhər yeməyində quru çörək və su verilməsi müzakirələrə səbəb olub. Həmin bağçanın müdiri Xədicə Vəliyeva işdən azad edilib.
Cavidan Mirzəzadə
Demokrat.az