“Qalatasaray” tarixi transferə imza atdı

İDMAN 03 sentyabr 2025, 23:19
“Qalatasaray”ın “Trabzonspor”dan aldığı Uğurcan Çakırın transfer prosesi barədə detallar məlum olub.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” Uğurcan Çakırın adını Çempionlar Liqası siyahısına daxil etmək üçün böyük məbləğ xərcləyib. Türkiyə nəhəngi futbolçunu 33+3 milyon avroya transfer edib. Bildirilir ki, razılıq “Qalatasaray”ın prezidenti Dursun Özbeklə "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan arasında baş tutan görüşdən sonra əldə olunub. Növbədənkənar iclas keçirən “Trabzonspor” "Qalatasaray"ın astronomik təklifini qəbul edib. Daha əvvəl “Fənərbaxça”nın da Uğurcan Çakır üçün təklif irəli sürdüyü, lakin məbləğin “Qalatasaray”ın təklifindən xeyli aşağı olduğu bildirilib.

Qeyd edək ki, 33 milyon avro və üstəgəl 3 milyon bonus şərti ilə transfer edilən Uğurcan Çakır Türkiyə futbol tarixinin ən bahalı qapıçı transferi olub. Qolkiper "Qalatasaray"la 5 illik müqavilə imzalayıb. Ulduz oyunçu illik 2,5 milyon avro məvacib, həmçinin müxtəlif bonuslar qazanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2025, 22:27
Top