"Qarabağ"ın Çempionlar Liqasında heyəti bu gün açıqlanacaq — VAXT BİTİR

İDMAN 02 sentyabr 2025, 11:26
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq heyətini gücləndirmək üçün son günüdür.

Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi uzun müddətdir hücum xəttinə yeni futbolçu cəlb etmək istiqamətində axtarışlarını davam etdirir.
 
Lakin Azərbaycan çempionunun vaxtı tükənmək üzrədir. UEFA-nın qaydalarına əsasən, Çempionlar Liqası üçün yekun iştirakçı siyahısı sentyabrın 2-dən 3-nə keçən gecə, Bakı vaxtı ilə saat 2:00-a qədər quruma təqdim edilməlidir.

Əgər bu müddətədək transfer rəsmiləşdirilməsə, "Qarabağ" qitənin ən mötəbər klub turnirində hazırkı heyətlə mübarizə aparmalı olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 14:41
Top