Bəzi qurumların niyə mövcud olduğunu izah etmək çətindir — Deputat

GÜNDƏM 02 sentyabr 2025, 13:54
“Bu barədə fikir söyləmək çətindir, çünki bunun iqtisadi əsaslandırılmasını izah etmək çətindir. Bizdə onsuzda bir sıra qurumlardan, ali məktəblərdən tutmuş dövlət orqanları, publik hüquqi şəxslərə qədər bəzilərinin niyə mövcud olduğunu məntiqi cəhətdən izah etmək çətindir”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, hər halda dövlət qurumları məsələyə effektiv fəaliyyət baxımından yanaşmalıdır:

“Məntiqli zah verilməlidir, başqa ölkələrdə müqayisədə faydalı tərəfləri nədir, bu araşdırılmalıdır. Bu məsələ ətrafında məncə ciddi müzakirələr aparılmalıdır. Büdcə vəsaitinin daha az sərf olunması və daha effektli idarəetmə modeli üzərində düşünülməlidir”.

Qeyd edək ki, son günlər bəzi dövlət qurumlarının və komitələrin ləğv edilməsi ilə bağlı müzakirələr gündəmdədir.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 16:01
Top