“Əgər deputat, ya məmur özü bizneslə məşğul deyilsə, özünün bu biznesə dəstək verməsi ilə bağlı fakt yoxdursa, burada nə qəbahət var ki? Mən 60-dan çox ölkədə olmuşam, deputatlarla görüşmüşəm. Onların bir çoxunun özü yox, oğlanları, qardaş uşaqları, yaxın və uzaq qohumları bizneslə məşğul olurlar. Hətta həmin biznesi quran o məmur özü olub”.
Bunu Demokrat.az-a açıqlamasında 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. O bildirib ki, əgər məmurun o biznesə dəstək olması ilə bağlı fakt yoxdursa, onda o məmura nəsə demək, irad tutmaq olmaz:
“Bəli, deputat özü birbaşa biznesə rəhbərlik edə bilməz, amma sahibi ola bilər. Biz bir çox məsələdə Avropaya istinad edirik, misal gətiririk, bəs bunu niyə gətirmirik? Avropada, hətta qardaş Türkiyədə cəmiyyət buna normal formada baxır. Əgər biznesi olan adamın dövlət büdcəsi ilə bir əlaqəsi yoxdursa, deməli, biznesini qurub, halallıqla idarə edir”.
Cavidan Mirzəzadə
Demokrat.az