Deputat: “Mobil operator xidmətlərini monopoliyadan xilas etmək lazımdır”

GÜNDƏM 02 sentyabr 2025, 14:30
“Mobil operatorlarla, xüsusilə də “Azercell”lə bağlı xeyli şikayətlər var. Bu şirkətlər xidmət növlərini özləri üçün yazırlar, adamlar heç bu xidməti istəmirlər. Bu, monopoliyadır. Sahəni monopoliyadan xilas etmək lazımdır. İnsanlarımızın öz hüquqlarını bilməmələri məsələsi də var. Biz hüquqi dövlətik, bu cür məsələlər həm də məhkəmələrdə həll olunmalıdır. Vətəndaşın cibinə girən mobil operator varsa, mütləq sərt cəzalandırılmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

Deputat bildirib ki, mobil operator şirkətləri ilə görüşlər keçirilməlidir: "Müqavilələr imzalanır, qəsdən xırda hərflərlə yazılır ki, vətəndaşlar yaxşı oxuya bilməsinlər. Rominqdən istifadə edənlərin də xeyli problemləri olur. Ölkədən kənara çıxanda vətəndaş heç kimlə danışmasa belə, özündən xəbərsiz vəsait tutulur. Problemlər var və gizlətmək lazım deyil. Medianın da üzərinə düşən bunları işıqlandırmaqdır. Problemləri aradan qaldırmaq lazımdır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top