MTK binanın zirzəmisini qaraj adı ilə satır — ŞİKAYƏT

SOSİAL 03 sentyabr 2025, 23:23

MTK binanın zirzəmisini qaraj adı ilə başqa-başqa şəxslərə satır...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 63 və 63 c saylı binaların sakinləri belə iddia edirlər.

"Xəzər Xəbər"ə müraciət sakinlər bildirirlər ki, MTK binanı tikib təhvil verəndən sonra MMC yaratmayıb, ərazidəki səliqə-sahmanı, blok və həyətin təmizliyini, oturacaqların qurulması, söhbətgahın tikilməsini də öz vəsaitləri hesabına ediblər. Ancaq sakinlər deyirlər ki, MTK binanı və zirzəmini onlara təhvil vermir... Əksinə, zirzəmini satışa çıxarıb.

Sakinlərin iddiaları ilə bağlı "İnterekonomServis" MTK-ya sorğu ünvanladıq. MTK-nın təmsilçisi Nurəddin Haqverdiyev məsələnin məhkəmə müstəvisində həll edildiyini iddia etdi. Dediyinə görə, məhkəmənin qərarında binanın birinci mərtəbəsinin avtomobil dayanacağı olduğu qeyd edilib və orada zirzəmi hissəsi yoxdur. O, binanın layihəsi təsdiq olunanda birinci mərtəbənin qeyri-yaşayış sahəsi, yəni zirzəmi avtodayanacaq kimi göstərildiyini deyib. Hazırda məhkəmə prosesinin davam etdiyini deyən MTK rəsmisi layihə ilə bağlı bütün sənədlərin məhkəmənin qərarından sonra aydınlaşıdırılacağını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2025, 22:27
Top