YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Səhər yeməyində mütləq olmalı 4 qida

Səhər yeməyində mütləq olmalı 4 qida

Sağlam səhər yeməyi kifayət qədər lif, zülal, karbohidrat və yağları ehtiva etməlidir. Bunu diyetoloq Ana Luzon bildirib. O, ideal səhər yeməyinin tərkibini "HuffPost" nəşrinə müsahibəsində açıqlayıb.

Luzonun sözlərinə görə, səhər yeməyində təxminən 20-30 qram zülal qəbul etmək lazımdır. Zülal yumurta və ya yoqurt kimi məhsullarda olur. Bundan əlavə, diyetoloq lifli məhsullar yeməyi də məsləhət görüb. Çünki onlar həzmi yaxşılaşdırır və uzun müddət aclıq hissini unutdurur. Lif yulaf yarması, tam taxıllı çörək və meyvələrdə olur.

Karbohidratlar və yağlar da vacibdir, - deyə həkim əlavə edib.

Birincilər insanı enerji ilə təmin edir, ikincilər isə yağda həll olan vitaminlərin mənimsənilməsini asanlaşdırır. Buna görə də mütəxəssis səhər yeməyinə zeytun yağı, qoz-fındıq və toxumların daxil edilməsinə çağırıb.

Bundan əvvəl diyetoloq Paula Ernandes ağır şam yeməyinin səhər yaratdığı nəticələrdən xəbərdarlıq edib. Onun izahına görə, belə axşam yeməyi növbəti gün yorğunluğa səbəb ola bilər.

Editor
Redaktor