Binəqədi şosesinin bir hissəsində qısa müddət ərzində təmir işləri aparılıb. İşlərin həftəsonu həyata keçirilməsi nəqliyyatın hərəkətinə tıxacların yaranmaması baxımından müsbət təsir göstərib. Hazırda həmin ərazidə yolun hərəkət hissəsi açıqdır və təmir işləri aparan texnikaya rast gəlinmir. Lakin, şosenin digər hissələrinin yol örtüyü daha nasaz vəziyyətdədir.
Bəs, Binəqədi şosesinin digər hissələrində də təmir işlərinin aparılması nəzərdə tutulub?
Müvafiq məsələ ilə bağlı Demokrat.az-ın sorğusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri ilkin mərhələdə icra olunaraq yekunlaşdırılıb.
Qurumun məlumatına əsasən, şossenin digər hissələrində təmir işlərinin növbəti mərhələdə aparılması nəzərdə tutulub.


