Azərbaycanla Rusiya arasında fundamental münasibətlər hər şeyi öz yerinə qoyacaq.
Demokrat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çində keçirdiyi mətbuat konfransında deyib.
"Mövcud vəziyyətə əsaslanan münasibətlərdə həmişə suallar olur, problemlər var, amma bu gün biz prezident İlham Əliyevi salamladıq, bir neçə kəlmə danışdıq, fundamental münasibətlər, qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq", - deyə Putin qeyd edib.
Qeyd edək ki, Çində keçirilən parad başlamazdan öncə Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.
Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və xanımı Mehriban Əliyevanı salamlayıb.