Ekspert: “Ev almaq çətinləşir, gənclər üçün mənzil xəyal olub”

SOSİAL 03 sentyabr 2025, 19:10
“İpoteka kreditlərinin maksimum məbləğini artırmaq məsələsi təkcə texniki addım deyil. Bu qərar həm imkanlar, həm də risklər yarada bilər. Əgər məbləğ artsa, gənc ailələr və orta gəlirlilər üçün mənzil almaq daha real ola bilər”.

Bunu iqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, eyni zamanda bazara əlavə pul axını qiymətlərin yenidən qalxmasına səbəb ola bilər:

“Ona görə də əsas məsələ yalnız məbləği artırmaq deyil, eyni zamanda bazarda təklifi də genişləndirməkdir. Yeni sosial mənzil layihələrinin tikilməsi, tikinti sektorunda rəqabətin artırılması və regionlarda daha əlçatan evlərin inşası bu prosesi balanslaşdıra bilər. 

Bundan başqa, ipoteka şərtlərinin yumşaldılması da vacibdir. Məsələn, faizlərin aşağı salınması, ödəniş müddətinin uzadılması və gənc ailələr üçün xüsusi proqramların hazırlanması mənzilə çıxışı asanlaşdıra bilər. Yəni problemin həlli yalnız kredit məbləğinin artırılmasında deyil, kompleks yanaşmada olmalıdır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top