“Ölkəyə hər il yüz minlərlə nəqliyyat vasitəsi gətirilir, lakin utilizasiyaya gedən avtomobillərin sayı bu qədər deyil. Nəticədə avtomobillərin sayı durmadan artır və bu da şəhərdə nəqliyyat sıxlığını daha da artırır”.
Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, hazırda paytaxtın bir çox yerlərində yol infrastrukturunun yenilənməsi ilə bağlı təmir işləri aparılır:
“Bu, müvəqqəti olaraq sıxlığa səbəb olsa da, gələcəkdə vəziyyətin daha da yaxşılaşacağına ümid edirik. Xüsusilə də nəzərə alsaq ki, sentyabrın 15-dən məktəblər və bağçalar fəaliyyətə başlayır, sıxlıq daha da arta bilər. Bu vəziyyət kompleks yanaşma tələb edir. Yalnız texniki tədbirlərlə deyil, eyni zamanda insanların düşüncə və davranışında da dəyişikliklər olmalıdır.
Məsələn, ev, iş yeri və məktəb seçərkən onların bir-birinə yaxın olması nəzərə alınmalıdır. Bu, bəzən mümkün olmasa da, çox hallarda planlama aparılsa, mümkündür. Eyni zamanda insanlar fərdi avtomobillərdən daha az istifadə etməyə, ictimai nəqliyyata üstünlük verməyə təşviq olunmalıdır. Əks halda, yaxın gələcəkdə şəhərin mərkəzinə girişin ödənişli olması gündəmə gələ bilər”.
Ekspert qeyd edib ki, bu praktika artıq dünyanın bir çox şəhərlərində tətbiq olunur və “tıxac vergisi” adlanır:
“Digər tərəfdən, insanlar qısa məsafələrə piyada getməyə və ya mikromobil nəqliyyat vasitələrindən istifadə etməyə təşviq olunmalıdır. Şəhərin nəqliyyat infrastrukturunun inkişafı da paralel olaraq davam etdirilməlidir.
Metro stansiyalarının sayının artırılması, tramvay xətlərinin çəkilməsi və digər layihələr 2030-cu ilə qədər həyata keçirilməsi planlaşdırılan tədbirlər sırasındadır. Həm dövlət səviyyəsində infrastrukturun təkmilləşdirilməsi, həm də cəmiyyət səviyyəsində şüurlu davranış dəyişikliyi bu problemi aradan qaldırmaq üçün vacibdir. Bu iki istiqamət bir-birini tamamlamalıdır”.
Leyla Turan
Demokrat.az