"Azpulmat" kimi tətbiqlər vətəndaşı məhkəməyə verə bilərmi? — Vəkildən AÇIQLAMA

SOSİAL 03 sentyabr 2025, 20:12
"Azpulmat", "Manato" və.s kimi onlayn pul təcili təklif edən tətbiqlərdən son zamanlar şikayətlər artıb. Vətəndaşlar yüksək faizlərdən narazıdır. Eyni zamanda bir neçə vətəndaşa bu adla zəng vuraraq, təcili pulu ödəmədikləri halda məhkəməyə veriləcəklərini bildiriblər. 

Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu cür tətbiqlər az miqdarda olan məbləğləri də yüksək faizlə verirlər:

"Az məbləğdə pul verdikləri üçün məhkəməyə getmək onlara sərf etmir. Faizi yüksək tuturlar ki, ödəyə bilənlər onsuz da ödəyəcək və gəlir əldə edəcəklər. Müqavilə imzalanıbsa, məhkəmə qərar çıxaracaq ki, borc ödənilməlidir. 

Vətəndaşın hansısa gəliri, əmlakı varsa, onlar hesabına ödəniş olunacaq. Qanun faizi heç nə ilə məhdudlaşdırmır. İstənilən qədər faiz tətbiq oluna bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top