“Ailədaxili qətllərin artması çox təəssüfedicidir. Xüsusən, bunun cavan ailələrdə baş verməsi üzücüdür. Bu halların artmasının səbəbi çoxdur, əsas səbəb odur ki, əvvəlki mühit yox olub – böyüklərin daim cavan ailələri nəzarətdə saxlaması, onlara məsləhətlər verməsi, ailədə münaqişə olduqda gərginliyin aradan qaldırılması üçün söhbətlər aparılması, mehribanlığın yaradılması və s. yox olub”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O bildirib ki, bir qayda olaraq, ailədaxili qətllər ata-anadan kənarda sərbəst yaşayan gənc ailələrdə olur:
“Eyni zamanda, ailə psixoloqları institutunun yaradılması olduqca vacibdir. Kanallarda, saytlarda ailə psixoloqları məsələsi təbliğ edilməlidir.
Ailələr bilməlidirlər ki, nəsə problem olanda ailə psixoloquna müraciət etməlidirlər. Çox şey ailənin özündən, onların bir-birini başa düşməsindən asılıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az