Ətin qiyməti sürətlə bahalaşacaq — AÇIQLAMA

SOSİAL 21 oktyabr 2025, 18:27
"AQTA-nın oktyabrın 25-dən etibarən heyvan idxalı və heyvan bazarlarında məhdudiyyətlər tətbiq etməsi ilə bağlı qərarının hansısa virus və ya xəstəliklə əlaqəli olduğu və müvəqqəti xarakter daşıdığı bildirilsə də, bu qərar uzun müddət qüvvədə qalarsa, Azərbaycanda ət qiymətlərinin sürətlə artacağı gözlənilir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, qərarın tənzimləmə mexanizmləri bazara çıxış imkanlarını fermerlər üçün məhdudlaşdırır və məhdudlaşdırıcı addımlar nə qədər çox olarsa, qiymət artımı da bir o qədər yüksək olur:

"Buna görə də AQTA-nın tənzimləmə qaydalarına yenidən baxmaq zəruridir. Hazırkı halda qərar müvəqqəti xarakter daşıyır, lakin uzun müddət qüvvədə qalması qiymətlərin daha da artmasına səbəb olacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 20:30
21 oktyabr 2025, 20:15
21 oktyabr 2025, 19:39
21 oktyabr 2025, 18:34
Top