"Qanunvericiliyə əsasən, Bakıda və ölkənin digər şəhərlərində fəaliyyət göstərən bazar və ticarət mərkəzlərində icarəyə verilən mağazalar vergidə uçota alınmalıdır. İcarədar fəaliyyətə başlamazdan əvvəl mağazanı vergi orqanında uçota aldırmalı və uçot sənədində göstərilən məlumatları mağazanın giriş qapısında yerləşdirməlidir".
Bunu Demokrat.az-a açıqlamasında vergi mütəxəssisi Vəli Əliyev deyib.
O, bildirib ki, əgər icarədar bu tələbi yerinə yetirmədən fəaliyyət göstərərsə, məsuliyyət birbaşa bazarın və ya ticarət mərkəzinin sahibinin üzərinə düşür:
"Birinci dəfə pozuntuya yol verildikdə 2000 manat, ikinci dəfə 4000 manat, üçüncü dəfə isə 6000 manat cərimə tətbiq olunur. Bundan əlavə, bazar və ticarət mərkəzlərinin sahibləri hər rüb icarədarlar barədə vergi orqanına məlumat təqdim etməlidirlər.
Əgər bu məlumat təqdim edilməzsə və ya düzgün göstərilməzsə, 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir".
Ekspert bildirib ki, qaydalar kənd təsərrüfatı məhsulları satılan bazarlara şamil edilmir:
"Yeni mexanizmə əsasən, vergi orqanları nəzarət funksiyasının bir hissəsini bazar sahiblərinə həvalə edib".
Əfsanə Kamal
Demokrat.az