“Son 10 ildə Azərbaycanda iqlimlə bağlı baş verən dəyişikliklər artıq hamımızın gündəlik həyatına birbaşa təsir etməyə başlayıb. Daşqınların, meşə yanğınlarının və güclü küləklərin artması təkcə təbiət hadisəsi deyil”.
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Fərid Məmmədov deyib.
O deyib ki, bu, həm də insan fəaliyyəti nəticəsində yaranan təhlükəli proseslərin xəbərçisidir:
“Şəhərlərin sürətlə genişlənməsi, ağacların kütləvi qırılması və torpaqların həddindən artıq istismarı təbiətin özünü bərpa etməsinə imkan vermir. Quraqlıq dövrlərinin uzanması kənd təsərrüfatını çətin vəziyyətə salır. Bu isə ərzaq qiymətlərinin artması və su qıtlığı ilə nəticələnə bilər.
Güclü küləklər və istilik dalğaları isə həm insanların sağlamlığına, həm də infrastrukturun təhlükəsizliyinə risk yaradır. Artıq iqlim dəyişiklikləri hər birimizin həyatına təsir edən sosial məsələdir.
Əgər bu tendensiya davam edərsə, yaxın illərdə həm kənd, həm də şəhər ərazilərində yaşayış şəraiti daha çətinləşəcək. Bu səbəbdən ekoloji maarifləndirmə, enerjiyə qənaət, tullantıların azaldılması və yaşıllıqların qorunması hər bir vətəndaşın gündəlik vərdişinə çevrilməlidir. Cəmiyyətin bu prosesdə iştirakı olmadan təbiətin tarazlığını bərpa etmək mümkün deyil”.
Leyla Turan
Demokrat.az