YapiKredi Müraciət Forması
İdman Özəl

"Qalatasaray"ın ulduzu Melisa ilə sevgilidir? - Aktrisadan iddialara cavab

Qalatasarayın ulduzu Melisa ilə sevgilidir? - Aktrisadan iddialara cavab

"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra ilə türkiyəli aktrisa Melisa Döngelin sevgili olduğu barədə iddialar yayılıb. Söhbətlərə səbəb hər ikisinin eyni papaqla görüntülənməsi olub.

Demnokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Melisa Döngel oktyabrın 26-da "Qalatasaray"ın "Fənərbağça" üzərində 2:1 hesablı qələbə qazandığı derbi matçını stadiondan izləyib.

Qarşılaşmadan sonra Torreyra baş məşqçi Okan Burukla qələbəni qeyd edərkən onun taxdığı papaq diqqət çəkib. Məlum olub ki, aktrisa da daha əvvəl eyni papaqla görüntülənib.

Bu oxşarlıq sosial şəbəkələrdə onların münasibətdə olması barədə şayiələrə yol açıb. Lakin jurnalistlərin suallarını cavablandıran Döngel iddiaları təkzib edərək Torreyra ilə sadəcə dost olduqlarını bildirib.

Qeyd edək ki, Lukas Torreyra daha əvvəl türkiyəli aktrisa Devrim Özkanla münasibətdə olub. Cütlüyün ayrılıb-barışmalarla davam edən münasibəti sonradan bitib.

Jalə