YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

"Azərbaycan yeganə ölkədir ki, alıcı bazara gedəndə..."

Azərbaycan yeganə ölkədir ki, alıcı bazara gedəndə...

Bazarlarda tərəzidə aldatma halları alıcıların həm cibinə, həm də satıcılara olan etimadına təsir göstərir. Çəkidə az göstərilən məhsullar istehlakçıların əlavə xərc çəkməsinə, eyni zamanda ticarətdə haqsız rəqabətin yaranmasına səbəb ola bilər.

Bəs tərəzidə aldatma hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir və istehlakçı hüquqları necə qorunmalıdır?

Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölçü cihazları qanunvericiliyin tələblərinə uyğun olaraq ildə bir dəfə kalibrlənməli, yəni etalonla tutuşdurulmalıdır.

Azərbaycan yeganə ölkədir ki, alıcı bazara gedəndə...

Onun sözlərinə görə, ölkədə istehlakçı hüquqlarının qorunması siyasəti zəif olduğundan bu proses, təəssüf ki, könüllü xarakter daşıyır:

"Yəni tərəzi sahibləri bunu könüllü şəkildə etməlidirlər. Bunu etmək istəməyənlər isə tərəzilərini kalibrlətmirlər. Nəticədə tərəzilərin göstəricilərində dəyişikliklər baş verir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, bəzən istehlakçılar bazara gedərkən özləri ilə yaylı tərəzi aparırlar.

Yaylı tərəzilər isti havada yayın boşalması, soyuq havada isə yığılması səbəbindən düzgün ölçmə aparmaya bilər. Ümumilikdə, Azərbaycan istehlakçıları mal alarkən bəzən 150 qrama qədər aldadılırlar.

İldən-ilə vəziyyət yaxşılaşır. Əvvəllər tərəzinin bir gözünə badımcan, digər gözünə isə satılan mal qoyulurdu. Badımcan günortaya qədər quruyurdu, bir kiloqram əvəzinə isə tərəzinin gözünə daş, dəmir və digər əşyalar qoyulurdu.

İndi elektron tərəzilərdən istifadə olunur. Lakin elektron tərəzilərə də müdaxilə etmək mümkündür. Bir sözlə, o satıcı halaldır ki, tərəzisini ildə bir dəfə kalibrlətdirsin və müvafiq qurumdan tərəzinin kalibrlənməsini təsdiq edən sənəd alsın.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən, satış yerlərində ölçü cihazları quraşdırılmalı, istehlakçılar aldıqları malları həmin cihazlarda müstəqil şəkildə çəkmək imkanına malik olmalıdırlar. Çox təəssüf ki, bu məsələ hələ də hər yerdə həllini tapmayıb".

Nuray Paşşanlı