
"Sənəti olan heç vaxt dava-dalaş etmir. Çünki o, sənəti ilə gündəmdə qalacaq".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Babək Niftəliyev "İncə səhər" verilişində deyib. O, qalmaqal yaradan ifaçılarla birgə efirə çıxmaq istəmədiyini vurğulayıb:
"Sənəti olmayanlarla, qalmaqal edənlərlə efirə çıxmıram. Tələbələrimə də aşılayıram ki, heç vaxt qalmaqalla gündəmə gəlməsinlər. Toylarda oxudun mahnı toy yiyəsi üçün qalır. Mahnılarnızı yazdırın. Sabah əlinizdə nəsə olmayacaq ki, yadigar qalsın".