“Azərbaycan və Qazaxıstan tarixən bir-birinə çox yaxın olan, qardaşlıq və dostluq əlaqələri ilə bağlanan ölkələrdir. Hər iki xalq ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malikdir. Müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənib və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçılarının rolu xüsusilə böyükdür:
“Onların qarşılıqlı səfərləri, imzalanan sənədlər və birgə layihələr bu dostluğu daha da gücləndirib. Azərbaycan və Qazaxıstan bir çox beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edir, bir-birinin mövqeyini müdafiə edir və həmişə bir-birinə mənəvi və siyasi dəstək göstərirlər.
Hər iki ölkə qarşılıqlı hörmət və etimad prinsipləri əsasında əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, mədəniyyət, təhsil, energetika və nəqliyyat kimi bir çox istiqamətləri də əhatə edir. Prezidentimizin Qazaxıstana səfəri bu münasibətlərin yeni mərhələyə qədəm qoymasına xidmət edir”.
Millət vəkili bildirib ki, səfər çərçivəsində iki ölkə arasında həm ikitərəfli əməkdaşlıq məsələləri, həm də region üçün strateji əhəmiyyət daşıyan “Orta Dəhliz” layihəsi müzakirə olunur:
“Bu layihə Asiyanı Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutu kimi böyük iqtisadi imkanlar açır.
Görüşlər və verilən bəyanatlar göstərir ki, Azərbaycan və Qazaxıstan bu istiqamətdə vahid mövqe nümayiş etdirir. Bu münasibətlər təkcə hər iki ölkə üçün deyil, bütövlükdə region və beynəlxalq əməkdaşlıq üçün də mühüm töhfə verir. Azərbaycan-Qazaxıstan dostluğu bu gün bütün dünyaya nümunə göstərilə biləcək səviyyəyə çatıb”.
Leyla Turan
Demokrat.az