“Ramiz Mehdiyevin törətdiyi əməl ən qatı cinayətdir. Xalqa, dövlətə xəyanət, bağışlanılmaz cinayətdir ki, Ramiz Mehdiyev buna cəhd edib”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
O bildirib ki, Ramiz Mehdiyevin həbs olunacağına heç bir şübhə yoxdur:
“Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələyə çox ciddi şəkildə qiymət verəcək və o, ən ağır cəzaya layiq görüləcək. Çünki dövlətçiliyə qarşı atılan hər bir addım layiqli cavabını almalıdır.
Bu, Ramiz Mehdiyev düşüncəsində olan hər kəs üçün bir dərs olmalıdır. Ramiz Mehdiyevdə bu məsələdə kimlər əlbirdirsə, onlar da həbs olunmalıdır və olunacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az