“Hökumət vətəndaşlar üçün daha sadələşdirilmiş imkanların yaradılması üçün həm normativ sənədlərə, həm qanunvericiliyə müvafiq dəyişikliklər edir. Bu dəyişikliklər əvvəllər mövcud olan maneələrin aradan qalxmasına gətirib çıxarır. Bir evin tikilməsi üçün əvvəllər müxtəlif instansiyalardan icazə almaq, müəyyən bürokratik əngəlləri aşmaq, razılıq əldə etmək tələb olunurdu. Amma bu durumdan sui-istifadə edənlər var”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.

O bildirib ki, qanunların sadələşdirilməsi səliqəsiz, memarlıq qaydalarına uyğun olmayan evlərin artmasına səbəb olub:
“Əvvəl normativlərə uyğun olmayan tikintiləri həyata keçirənlər müxtəlif yollarla bu prosesə nəzarət edən qurumların qanunsuzluğa göz yummasını təmin edirdilər. İndi isə mövcud azadlıqlardan sui-istifadə halları meydana gəlib.
Normativlərə əməl olunması vətəndaşlardan ciddi şəkildə tələb olunmur. Bir də görürsən ki, bir həyət evinin pəncərəsi birbaşa digər yaşayış evinin üzərinə açılır, aralarında məsafə o qədər azdır ki, hər hansı fəlakət halında çox ciddi təhlükələr meydana gələ bilər. Bütün bunlar qanunların, normativlərin, sənədləşmə prosesinin sadələşdirilməsindən irəli gəlir.
Düşünürəm ki, təkcə Bakının mərkəzində deyil, bütün Abşeron yarımadasında, hətta bütün rayonlarda memarlıq üslubuna, tikinti normativlərinə nəzarət üçün müvafiq qurumlar iş aparmalıdır, ictimai nəzarət təmin edilməlidir.
Qurumlar tikinti işinə qarışmasa da, yerləşməni müəyyən etməlidir, layihənin normativlərə uyğun olub-olmamasına baxmalıdırlar. Bütün hallarda nəzarət olmalıdır ki, sonra bir-birinin içinə keçmiş evlər tikilməsin. Çünki bu cür evlər təkcə memarlıq qaydalarına zidd deyil, eyni zamanda təhlükəlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az