Qazaxıstanın Almatı şəhərində “KIHE 2025” Qazaxıstan 30-cu beynəlxalq sərgisi təşkil olunub. Sərgidə 15ölkədən 350-ə yaxın şirkətin məhsulları və xidmətləri nümayiş etdirilir.
Tədbirdə Azırbaycanın sağlamlıq turizm sektorunu Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev təmsil edir.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev bildirib ki, ölkəmizdə alternativ turizm növlərinin inkişafı diqqət mərkəzindədir. Son illər Azərbaycanın müalicəvi turizm mərkəzləri olan Naxçıvanda Duzdağda, Naftalanda, Şabranda, Qarabağ və Şərgi Zəngəzurda müasir otellər tikilib istifadəyə verilib. Duzdağ, Qalaaltı və Naftalan Azərbaycanı dünyada geniş tanıda bilər.
Ruslan Quliyev ölkə termal turizminin xaricdə təbliği, eləcə də xarici turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığın təmin edilməsi məqsədilə ikitərəfli görüşlərə də qatılıblar.
Səfərin əsas məqsədlərinindən biri də 28-29 iyun 2025-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində Rixos otelədə keçiriləcək, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının tərəfdaş olduğu Beynəlxalq Tibbi Turizm Sərgisində iştirakla bağlı hazırlıq faəliyyətlərinin davam etdirilməsi ilə bağlıdır.
Sərgi çərçivəsində 29 iyun tarixində onlayn platformamız vasitəsilə əvvəlcədən sifariş əsasında təşkil olunan B2B görüş (B2B Business Meetings Event) keçiriləcək.
Hər bir B2B iştirakçısı sərgi iştirakçılar ilə əvvəlcədən planlaşdırılan 20-dək görüş keçirə biləcək. Hər bir iştirakçıya şirkətin adı, loqotipi və cədvəl nömrəsi göstərilməklə ayrıca masa ayrılacaq.
Görüşlər zamanı sərgidə stendləri olan eksponentlər fərdi danışıqlar aparmaq üçün planlaşdırılmış qrafikə uyğun olaraq masanıza gələcəklər.
Tədbirdən 5 gün əvvəl görüş cədvəlinizi yoxlaya biləcəksiniz. Bundan əlavə, hər iki tərəfin asudə vaxtı olduğu halda, yerli komandamız əlavə görüşlər təşkil etməyə kömək edəcək.
Onlar xəstəxanalar, klinikalar, sağlamlıq turizmi agentlikləri və termal komplekslər, sağlamlıq və müalicə turizmi ilə bağlı assosiasiyalar, sığorta şirkətləri rəsmiləri, həkimlər və ahıllara qulluq mərkəzləri ilə fərdi görüşlər keçirərək əməkdaşlıq etmək imkanı əldə edəcəklər. (https://healthtourismexpos.com )