ABŞ-də təyyarə yaşayış massivinin ortasına düşüb

DÜNYA 22 may 2025, 18:16
Kaliforniyanın San Dieqo şəhərində"Cessna" markalı təyyarə yaşayış massivinin ortasına düşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Metro” qəzeti yazır.

İlkin məlumata görə, fəlakət nəticəsində 15 evə ziyan dəyib. Təyyarə qəzaya uğradıqdan sonra bir neçə avtomobil yanıb, lakin yanğın tez bir zamanda söndürülüb. Yerli sakinlər təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top