"Mən hesab etmirəm ki, bizim belə telekanala ehtiyacımız var. Çünki Azərbaycanda kifayət qədər ailə mövzularına yer ayrılır. Cəmiyyətdə olan bütün məsələlər ailəyə aiddir, ailədaxili məsələlər isə cəmiyyətdə baş verən problemlərin nəticəsidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı deyib.
O bildirib ki, təhsil, səhiyyə, sağlamlıq, maddi vəziyyət, sosial yanaşma, münasibətlər sistemindəki problemlər sonda gətirib ailə münasibətlərinə təsir edir:
"Ailə münasibətləri özbaşına yox, cəmiyyət daxili problemlər əsasında formalaşır. İnsanlara öyrədilməsi lazım olan məsələlər- nikah müqaviləsi, ər-arvad münasibətləri, övladın tərbiyə edilməsi təhsil və təlimin bir hissəsidir. Ailə məsələləri Azərbaycan televiziya məkanında yetəri qədər danışılır. Cəmiyyət çox zaman bu verilişləri qınayır. Ailə münasibətləri ilə bağlı ayrı bir telekanal olması absurd bir şeydir. Mədəni yanaşmalar üçün "Mədəniyyət TV" fəaliyyət göstərir. Mədəniyyət televiziyasının kulturoloji dəyərləri, ailə mədəniyyətini, mədəniyyətin müxtəlif formalarını təbliğ edən bir çox verilişləri var. Televiziyada ailə mövzuları məişət xırdalıqlarına qədər müzakirə olunur. Sosial "talk-show"lar, təhsil, səhiyyə verilişləri var. Mütamadi olaraq bu verilişlərdə ailədaxili münasibətlərdən söhbət aparılır. Televiziya açmağa yox, ailədaxili münasibətlərlə bağlı doğru ekspertlər yetişdirməyə ehtiyac var. Psixoloqlar, nikahdan öncə insanlara məsləhət verə biləcək məmurlar, ekspertlər olmalıdır. Bu da təhsil sisteminə bağlı olan məsələdir. Konsultasiyalara, "training"lərə, Ailə, Qadın və Uşaq Komitəsi tərəfindən müxtəlif layihələrin həyata keçirilməsinə ehtiyac var. Belə layihələrdə Azərbaycanın bütün media orqanları əməkdaşlıq etməyə hazırdırlar. Bunun üçün əlavə televiziya kanalına ehtiyac yoxdur".
Qeyd edək ki, deputat Hicran Hüseynova Milli Məclisdə ailə məsələlərinə həsr olunan televiziya kanalının yaradılmasını təklif edib.
Əfsanə Kamal
Demokrat.az