Latviyanın paytaxtı Riqada cüdo üzrə veteranlar arasında Avropa çempionatı start götürüb.
Demokrat.az xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb.
-90 kq çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək karyerasında 11-ci dəfə Avropa çempionu titulunu qazanıb. M-8 yaş kateqoriyasında tatamiyə çıxan təmsilçimiz finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Fərhad Rəcəbli həmçinin 12 qat dünya çempionudur.
Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə turnirində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.