"Beşiktaş"ın prezidenti: "Neft tapmışam, Ronaldu və Messini alacağam"

İDMAN 21 may 2025, 09:00
Türkiyənin "Beşiktaş" klubunun prezidenti Serdal Adalı mətbuatda İstanbul təmsilçisinin portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə maraqlandığına dair yayılan xəbərlərə münasibət bildirib.

Demokrat.az "TRT Spor" telekanalına istinadla xəbər verir ki, Adalı bu iddialara zarafatyana reaksiya verib:

"Dəniz tərəfdəki qalanın altında neft tapmışam. Ronaldu ilə yanaşı, Messini də alacağam", - deyə o, istehza ilə cavab verib.

Prezident həmçinin bu tip xəbərlərin məqsədini soruşaraq, narazılığını bildirib:

"Bu cür iddiaları gündəmə gətirənlərin məqsədi nədir, həqiqətən bilmirəm. Onların karyeralarının sonuna qədər nə qədər qazandıqlarını bilən varmı?".

Qeyd edək ki, daha öncə İngiltərənin "Mirror" nəşri Kriştianu Ronaldunun "Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Solskyaer ilə yenidən bir araya gələ biləcəyini yazmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top