Azərbaycanın tanınmış baş məşqçisi “Barselona”da! — FOTO

İDMAN 21 may 2025, 21:27
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən İspaniyaya yola düşüb.

Sportinfo.az xəbər verir ki, Q.Qurbanov “Barselona”nın düşərgəsinə yollanıb.

Onun bhəmkarı Hans Fliklə görüşü gözlənilir. Q.Qurbanov “Barselona”nın iş prosesi ilə tanış olacaq.

Səfər üç gün müddətini əhatə edir.

Q.Qurbanov bugünlərdə verdiyi açıqlamasında Hans Flikin iş prinsipi onun marağına səbəb olduğunu və buna görə də Kataloniya klubunun düşərgəsinə yollanmaq istədiyini demişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top