Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Mədəniyyət Mərkəzində səyyar qəbul keçirib.
Demokrat.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Mədəniyyət Mərkəzində vətəndaşların təklif, müraciət və şikayətlərinin dinlənilməsi, eləcə də onları narahat edən mövcud problemlərin yerindəcə öyrənilməsi və həlli istiqamətində tədbirlərin sürətləndirilməsi məqsədilə növbəti səyyar qəbul keçirib.
Qəbulda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı məlumat verib. RİH başçısı qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan islahatlar və sosialyönümlü tədbirlər əhalinin sosial rifahının yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və regionların davamlı inkişafına xidmət edir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciətlərini və səsləndirdikləri problemləri diqqətlə dinləyib. Qaldırılan məsələlərin araşdırılması, qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli və vətəndaşların müraciətlərinə operativ baxılması məqsədilə aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və göstərişlər verib.
Sonda rayon rəhbəri vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasının, qaldırılan məsələlərin obyektiv araşdırılmasının və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsinin vacibliyini vurğulayıb.


