YapiKredi Müraciət Forması
Təhsil

"Təhsilli qız gələcəkdə təhsilli ana deməkdir" - Emin Əmrullayev

Təhsilli qız gələcəkdə təhsilli ana deməkdir - Emin Əmrullayev

Qızların təhsili yalnız ayrı-ayrı fərd olaraq qadınların təhsili deyil, ümumilikdə bir cəmiyyətin təhsil sisteminin ən vacib amillərindən biridir. Çünki məhz təhsilli qız gələcəkdə təhsilli ana deməkdir. Növbəti mərhələlərdə məhz öz övladlarının daha təhsilli və müstəqil vətəndaş kimi şəxsi inkişafında həmin anaların müstəsna rolları var.

Demokrat.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil naziri Emin Əmrullayev "Qızların Təhsilinə Dəstək 2026" layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, bu gün qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə təhsil sisteminin və cəmiyyətin geniş anlamda inkişafı deməkdir. Yəni, universitet yalnız qısa müddətdə bir insanın həyatını dəyişmir, həm də növbəti nəsillərdə, mərhələlərdə daha çox insanın həyatına təsir edir.