Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində baş verib.
Belə ki, Siyəzən rayon sakini 39 yaşlı Samir Ələkbərovun “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və dəmir arakəsmələrə çırpılıb.
Hadisə zamanı Samir Əkbərov, onun həyat yoldaşı 35 yaşlı Rəvanə, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İlkin xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)