Astara rayonunun Rudəkənar kəndində azyaşlı uşaq velosiped qəzası nəticəsində xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı 2019-cu il təvəllüdlü A.Hüseynov atası ilə birlikdə velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və onlar yıxılıblar.
Qəza nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara ilkin tibbi yardım Astara rayonunda göstərilib. Lakin azyaşlının vəziyyəti ağır qiymətləndirildiyi üçün o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda uşağın müalicəsi xəstəxanada davam etdirilir.