Şahbaz Şərif Azərbaycana səfər edəcək

GÜNDƏM 22 may 2025, 20:59
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb.

Şahbaz Şərif gələn həftə İran, Azərbaycan və Türkiyəyə təcili səfər edəcək.

Bildirilib ki, Şahbaz Şərif İran, Azərbaycan və Türkiyə liderləri ilə görüşəcək. O, Hindistanla son qarşıdurmada göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcək.

Qeyd edilib ki, danışıqlarda regional və qlobal problemlərin müzakirəsi də nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top