Rüstəm Minnixanovdan İlham Əliyevə MƏKTUB

XARİCİ SİYASƏT 23 may 2025, 15:06
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bir əsr əvvəl Azərbaycan xalqı öz müqəddəratını müstəqil həll etmək, doğma torpağının bu gününü və gələcəyini müəyyənləşdirmək kimi müstəsna hüququnu müdafiə etdi. Bu cəsarətli seçim, nəsillərin qırılmaz əlaqəsi və ideya mirası Azərbaycan dövlətinin gələcək tarixini, ən əsası isə müasir uğur və nailiyyətlərini böyük dərəcədə qabaqcadan müəyyən etdi.

Qoy, bu möhtəşəm günün sevinci, ümumi yüksək məqsədlər ətrafında birliyin xüsusi ruhu Sizin və gözəl ölkənizin bütün vətəndaşları üçün Azərbaycanın firavanlığı naminə bundan sonra da yorulmaz quruculuq işlərində ilham mənbəyinə və yeni gücə çevrilsin!
 
Bu fürsətdən istifadə edərək, Tatarıstan Respublikasına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Ümidvaram ki, biz gələcəkdə də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində qarşılıqlı anlaşma və etimada əsaslanan əməkdaşlıq ənənələrini artırmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə, yaxınlarınıza və respublikanın sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və gözəl bayram əhvali-ruhiyyəsi arzulayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top