Şamaxıda 15 yaşlı qızı qaçıran şəxsə bu cəza verildi

HADİSƏ 23 may 2025, 13:57
Şamaxı rayonunda yetkinlik yaşına çatmayan qızı qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.
 
Demokrat.az  “qafqazinfo.az”a istinadən xəbər verir ki, Şamaxı şəhər sakini 1999-cu il təvəllüdlü Səxavət Müseyibov (ad-soyad şərtdir) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib.
 
Araşdırmalarla müəyyən edilib ki, Səxavət oğurluq və narkotik vasitələrlə bağlı cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş və ayağına elektron qolbaq taxılmaqla sərbəst buraxılıbmış.
 
 
Belə ki, Səxavət ötən ilin sentyabrında Şamaxıdakı “VİP market”də 15 yaşlı L.Məmmədova ilə tanış olub və onlar sosial şəbəkədə yazışmağa başlayıblar. Bundan sonra o, yeniyetmə qızı dərsdən sonra qaçırıb. L.Məmmədova həmin vaxt evlərinə zəng edərək Səxavətlə qaçdığını deyib.
 
Bir müddət sonra polis əməkdaşları Səxavətgilin evinə gedərək onunla qızı Şamaxı Rayon Polis Şöbəsinə aparıb.
 
Şamaxı Rayon Məhkəməsi S. Müseyibovun üzərindəki məhkumluğu da nəzərə alaraq ona 2 il həbs cəzası verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top