DSX-nin hərbi qulluqçusunu vurub öldürən şəxsə hökm oxundu

KRİMİNAL 23 may 2025, 17:22
Ucarda hərbi qulluqçunu vurub öldürməkdə təqsirləndirilən sürücüyə hökm oxunub.

Oxu.Az-ın məlumatına görə, Ucar Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ilyarım müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il səkkiz ay müddətinə azadlıqdan məhrum olunub.

Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, təqsirləndirilən şəxs Gəncədən Bakıya gələrkən Ucar rayonu ərazisində idarəetməni itirərək yolu keçən hərbi qulluqçu, Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) Elçin İslamovu vurub. E.İslamov hadisə yerində ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top