"Aparıcı olsaydım, Aygün Kazımovanın adını çəkəni verilişdən qovardım"

ŞOU-BİZNES 23 may 2025, 15:47
"Aparıcı olsaydım, Aygün Kazımovanın adı çəkilən yerdə həmin adamı verilişdən atardım çölə. Qədəmlərini dünən qoyan birini Aygün Kazımova ilə müqayisə edirlər".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Tarixin bir günü" verilişində deyib. Sənətçi proqramlarda Xalq artisti Aygün Kazımovanın adının hallandırılmasını tənqid edib. O bildirib ki, bu səhvi edən aparıcılardır:

"Bu insan sənət fədayisidir. Azərbaycanda onun atdığı addımı heç kim atmayıb. Bu qız brenddir. Onun adını heç kim hallandırmasın. Həyatını sənətə qurban edib. Estradanın danılmaz, unudulmayan, canlı əfsanəsidir. Kül qabınbda olanı gül qabına niyə qoyursunuz? Tütündür, görürsən tərpətdikcə iyi gəlir. Niyə gül qabına qoyub iyini yayırsan? Aparıcılıq hissiyatı olmayan, müğənni ilə musiqiçinin yerini səhv salan, savadsız aparıcı onu gətirib bura qaldırırsa, müğənni nə etsin?".

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top