"Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri təkcə ikitərəfli vacib hadisə deyil, beynəlxalq vacib hadisədir. Geosiyasi çəkimiz və parametrlərimiz eyni olmasa da, bir çox niyətimiz üst-üstə düşür. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İndi isə aramızda olan dialoq inkişaf edir, etimad mühiti möhkəmlənir. Təsadüfi deyil ki, Çində Prezident İlham Əliyevi çox vacib qonaq qismində qarşıladılar. Azərbaycan lideri çox yüksək səviyyədə qarşılandı. Çin rəsmi Bakının siyasətini birmənalı şəkildə dəstəkləyir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
"Ötən ilin yayında Astanada Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşü oldu. Bundan sonra ikitərəfli tərəfdaşlıq haqqında saziş imzalandı. Mövzud olan etimadlı münasibətlər rəsmiləşdirildi. Əsas məsələ odur ki, həm Bakı, həm də Pekin bu əməkdaşlığa böyük həvəslə gedirlər. Bizim bütün sahələrdə çoxsaylı əməkdaşlığımız var. Protokolun 100-dən artıq istiqaməti var ki, bu istiqamətlərdə əməkdaşlığımızı formalaşdırırıq".
O bildirib ki, bütün bunlar dünyada baş verən inteqrasiya prosesinə böyük paydır, digər yandan təhlükəsizliyin, sabitliyin qorunmasına müsbət təsirdir:
"İlk növbədə ona görədə nəqliyyat-kommunikasiya sistemlərinin inkişafı və birgə istismarı çox vacib beynəlxalq amilə çevrilir. Bir çox ürəkaçan göstəricilər var, amma bu hələ son deyil. Münasibətlərimiz inkişaf edən xətt üzrə nkişaf edir. Bu, o deməkdir ki, qarşıda vacib planlarımız var. Daşımalarda intermodal sistemə böyük üstünlük verilir. Bu daşıma sisteminə əsasən torpaq, su və yenidən torpaq üzərində daşıma aparılır. Bu sistem ticari əlaqələrin inkişafına münbit şərait yaradır. İki ölkə arasında keçirilən biznes forumlar, siyasi liderlərin, iqtisadi ekspertlərin birlikləri-hamısı bir hədəfə köklənib ki, qazandığımız müsbət potensialın həcmini böyüdək. Biz müxtəlif coğrafi mövqelərdə olsaq da, eyni cərgədəyik. Düşünürəm ki, ən yaxın zamanda ÇXR prezidenti Si Cipinin də Bakıya səfərinin şahidi olacağıq".
Əfsanə Kamal
Demokrat.az