İstanbul Böyükşəhər Bələdiyyəsi seçki tarixini açıqladı

DÜNYA 23 mart 2025, 19:59
İstanbul Valiliyi İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu və Beylikdüzü Bələdiyyə başçısı Murat Çalığın fəaliyyətini dayandırması ilə əlaqədar martın 26-da hər iki qurumda şura iclasının keçiriləcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, İstanbul Valiliyinin açıqlamasında deyilir:

"İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu və Beylikdüzü Bələdiyyə başçısı Murat Çalığın Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılması ilə əlaqədar olaraq 5393 saylı Bələdiyyə Qanununun 45-ci maddəsinin müddəalarına uyğun olaraq, İstanbul Böyükşəhər Bələdiyyəsi və Bəylikdüzü Bələdiyyə məclislərinin bələdiyyə başqanı vəkilinin  seçilməsi üçün müvafiq qərar verilib. 26.03.2025-ci il saat 13:00-da İstanbul Böyükşəhər Bələdiyyəsi Məclis yığıncaq salonunda, 26.03.2025-ci il saat 09:00-da isə Beylikdüzü Bələdiyyəsi Məclis yığıncaq salonunda toplantı keçiriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top